Manat dollar və avroya qarşı ucuzlaşmaqda davam edir

Manat dollar və avroya qarşı ucuzlaşmaqda davam edir


Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 1-i ilə müqayisədə 0,2% möhkəmlənərək 1,5883 manat təşkil edib.

Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,16% möhkəmlənərək 1,7749 manat olub. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl isə 0,83% ucuzlaşaraq 0,0238 manat səviyyəsinə yüksəlib. Türkiyə lirəsinin məzənnəsi dəyişməyərək 0,5309 manat olub. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0952 manatdır. Beləliklə, funt sterlinq 0,3%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi isə 0,71% artaraq 0,6767 manat təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
778 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...