Türkiyədəki "Akıncı" hərbi bazası bağlanacaq

Türkiyədəki "Akıncı" hərbi bazası bağlanacaq


Türkiyədə hərbi çevrilişə cəhd zamanı qiyamçıların qərargahı olan "Akıncı" hərbi bazası bağlanacaq. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş naziri Binali Yıldırım deyib. Onun sözlərinə görə, hərbi çevrilişə cəhdlə birbaşa əlaqəsi olan Fətullah Gülən ABŞ-dan ekstradisiya ediləcək. Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
828 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...