Yerevanda toqquşmalarda jurnalistlər də xəsarət alıb

Yerevanda toqquşmalarda jurnalistlər də xəsarət alıb


Polisin səhər saatlarında etiraz aksiyaçılarını qovması zamanı jurnalistlər xəsarət alıblar. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Ermənistan ombudsmanının ofisindən deyiblər.

Ermənistan ombudsmanı bu faktı pisləyir. Bu məsələlər üzrə materiallar gələcəkdə cinayət işinin açılması üçün istintaq orqanlarına göndəriləcək.

Qeyd edək ki, Yerevanda silahlıların ələ keçirdiyi polis binası yaxınlığında etiraz aksiyasının iştirakçıları ilə polis arasında qarşıduma baş verib. Etirazçılar polisə daş və digər bərk əşyalar atıblar. Polis isə havaya atəş açıb və daha sonra etirazçılara qarşı işıq və səs qumbaralarından istifadə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
791 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...