Gənclərin idmana marağının artırılması layihəsi - FOTOLAR

Gənclərin idmana marağının artırılması layihəsi -


Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Vətəndaşların Sosial Rifahı Naminə” İB-nin həyata keçirdiyi “Yeniyetmələrdə yaradıcı düşüncə tərzinin düzgün formalaşdırılması və idmana marağın artırılmasına dəstək” layihəsinin icrası davam edir Layihə məktəblilərdə yaradıcı düşüncə tərzinin düzgün formalaşdırılması və inkişaf etdirilməsi, onların sağlam həyat tərzinə cəlb olunması, idmana marağın artırılması məqsədi daşıyır.


Layihə çərçivəsində Binəqədi rayonu, 126 saylı məktəbdə baş tutan basketbol üzrə final yarışmasında hal-hazırda Bakıda olan Rusiyanın tanınmış profesional boks döyüşçüsü, Rusiya çempionu və beynəlxalq "A" boks yarışmasının qalibi Valeriy Myasnikov da iştirak etmişdir. Final yarışını izləyən Valeriy çıxış edərək şagirdlərə onların məktəb və idman həyatında uğurlar arzu etdi. Qalib gəlmiş 283 saylı orta məktəbin iştirakçılarını təbrik etdi, onları medallarla təltif etdi. Sonda şagirdlərlə xatirə şəkli çəkildi.


Gənclərin idmana marağının artırılması layihəsi -
Gənclərin idmana marağının artırılması layihəsi -
Gənclərin idmana marağının artırılması layihəsi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
768 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...