Dövlət müşaviri Tərtərdə - FOTOLAR

Dövlət müşaviri Tərtərdə -


İyulun 9-da Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev təmas xəttində yerləşən Tərtər rayonunda olmuşdur. Dövlət müşaviri əvvəlcə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birgə Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edərək, abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra K.Abdullayev rayon rəhbəri ilə birgə Tərtər Cümə Məscidində olmuş, burada dindarlarla, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Dövlət müşaviri görüşdə iştirak edənləri keçmiş Ramazan bayramı münasibəti ilə təbrik etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan əməli adımmlar, banisi ulu öndər Heydər Əliyev olan Azərbaycan multikulturalizm siyasətinin Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilməsi, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması münasibətiilə keçirilən tədbirlər haqqında danışmış, dövlət-din münasibətlərindən söhbət açmışdır. Qeyd olunmuşdur ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Tərtər Cümə Məscidinin təmir olunması din xadimlərinə dövlət tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Sonra rayon icra hakimiyyətinin başçısı dövlət müşavirinə rayonda aparılan tikinti-quruculuq işləri, aprel döyüşlərində tərtərlilərin göstərdikləri qəhrəmanlıqlardan, ölkə prezidentinin öz xanımı ilə birgə rayona səfərindən, təmas xəttində 200 metrlik məsafədə yerləşən Qapanlı kəndində əhali ilə görüşündən, dağılmış evlərə baxış keçirməsindən, hərbi hissədə olmasından danışmış, dövlət tərəfindən cəbhə bölgəsinə göstərilən diqqət və qayğını dilə gətirmişdir.

Aprel döyüşlərində şəhid olmuş həmyerlimiz Nicat İsgəndərovun atası Bəhruz İsgəndərov dövlət müşavirinə öz ürək sözlərini bildirmiş, tezliklə Qarabağ torpaqlarının erməni işğalından azad olunacağına inandığını vurğulamışdır.
Sonra Dövlət müşaviri Kamal Abdullayev “Azərbaycan multikultiralizminin ədəbi bədii qaynaqları” kitabını və yeni çap olunmuş “Multikulturalizm” jurnalının ilk sayını Tərtər Cümə Məscidinə və şəhid atası Bəhruz İsgəndərova hədiyyə etmişdir. Məscidin axundu Sadiq Cəfərov dövlət müşavirinə müqəddəs “ Qurani-Kərim” kitabını hədiyyə etmişdir.


Dövlət müşaviri Tərtərdə -
Dövlət müşaviri Tərtərdə -
Dövlət müşaviri Tərtərdə -
Dövlət müşaviri Tərtərdə -
Dövlət müşaviri Tərtərdə -
Dövlət müşaviri Tərtərdə -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
841 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...