Ötən il Azərbaycanda 2 internat məktəbi ləğv edilib

Ötən il Azərbaycanda 2 internat məktəbi ləğv edilib


“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın icrası davam etdirilir.

Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyinin 2015-ci ilə dair yekun hesabatında bildirilib ki, Nazirlər Kabinetinin 2015-ci il 30 mart tarixli 90 nömrəli Qərarına əsasən dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində “Məzun evi” Sosial Müəssisəsi yaradılıb, Təhsil Nazirliyi tərəfindən dövlət uşaq müəssisələrinin məzunları içərisindən 124 nəfər valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan gənc barədə məlumatlar hazırlanıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilib. Siyahı əsasında onlar “Məzun evi”ndə mənzillə təmin olunublar.

Hazırda rayonlarda fəaliyyət göstərən ümumtəhsil internat məktəblərinin yalnız təhsil və günərzi xidmətlərindən istifadə edən şagird kontingenti barədə ətraflı məlumatların toplanması ilə bağlı monitorinqlər keçirilib və həmin müəssisələrin transformasiyası ilə bağlı müvafiq təkliflər hazırlanıb.

Dövlət uşaq müəssisələrinin transformasiya üzrə Baş Planın icrası olaraq, indiyədək 12 internat məktəbi transformasiya olunub, 2 internat məktəbi ləğv edilib. 2015-2016-cı tədris ilində daha 16 internat məktəbinin transformasiya olunması ilə bağlı müvafiq tədbirlər görülür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
745 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...