Sabah 36 dərəcə isti olacaq

Sabah 36 dərəcə isti olacaq

İyunun 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 19-22, gündüz 28-33 dərəcə isti olacaq.

İyunun 5-də bölgələrdə də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə şişmək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 18-23, gündüz 31-36, dağlıq və dağətəyi rayonlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacaq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1112 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...