Dövlət Gömrük Komitəsi sıxlıqla bağlı açıqlama yaydı

Dövlət Gömrük Komitəsi sıxlıqla bağlı açıqlama yaydı


Dövlət Gömrük Komitəsi son dövrlər gömrük-keçid məntəqələrində sıxlığın yaranmasının səbəblərini açıqlayıb.


Komitənin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, gömrük-keçid məntəqələrinin əsas təyinatı sərhədkeçmə prosesində insanların rahat, təhlükəsiz və sürətli keçidini təmin etməkdən ibarətdir: "Lakin, bu məntəqələrdən keçən vətəndaşların sayı bəzən normadan 2-3 dəfə çox olur. Belə ki, xarici ölkələrə mütəmadi olaraq səyahət edən bir qrup şəxs əksər hallarda gömrük sərhədini kommersiya məqsədilə tez-tez keçirlər.

Əsasən xırda ticarətlə məşğul olan bu şəxslərin kommersiya məqsədilə gətirdikləri malları özlərinin şəxsi istehlak məhsulları kimi təqdim edərək, gömrük vergi və rüsumlarından yayındırmaqla keçirməyə çalışmaları gömrük-keçid məntəqələrində gərgin iş rejiminə, yoxlamalara, əlavə vaxt sərf olunmasına və nəticədə də bəzən nisbi sıxlıqların yaranmasına səbəb olur.

Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, Nazirlər Kabinetinin 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nın 2.1.11-ci maddəsinə əsasən fiziki şəxslər şəxsi istifadəsi üçün gömrük sərhədindən 10 kiloqrama qədər ərzaq məhsullarını (nərə cinsli balıq istisna olmaqla) hər hansı rüsum ödəmədən keçirə bilərlər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
793 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...