Bakıda 2 avtomobil toqquşub, ölənlər var

Bakıda 2 avtomobil toqquşub, ölənlər var


Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə saat 01.00 radələrində Binəqədi-Mehdiabad yolunda qeydə alınıb. Bakı şəhər sakini Əli Abdullayevin idarə etdiyi “Range Rover” markalı avtomobil “VAZ-21015” markalı maşınla toqquşub.

Nəticədə “VAZ-21015” markalı avtomobilin sürücüsü Ramiz Muradov və sərnişini Elgün Məmmədov aldıqları xəsarətdən ölüblər.
Həmin avtomobildə olan digər sərnişin – Qərib Eyvazlı isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanıb, istintaq gedir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
778 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...