Aeroport yolundakı qəzada yaralananlardan 2 nəfər təcili əməliyyata götürülüb

Aeroport yolundakı qəzada yaralananlardan 2 nəfər təcili əməliyyata götürülüb


Suraxanı rayonu ərazisində marşrut avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alanlardan 6 nəfər 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hazırda xəstəxanaya yerləşdirilənlərdən 3 nəfərin vəziyyəti ağır olaraq qalır. Hadisə nəticəsində xəsarət alan 5 nəfər isə vəziyyəti ağır olmadığından hadisə yerində ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

3 saylı şəhər Klinik Xəstəxanasından Trend-ə bildiriblər ki, yaralılardan ikisi təcili əməliyyata götürülüb. Qalan 4 nəfər yaralı isə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Xatırladaq ki, hadisə Bakının Suraxanı rayonu ərazisində aeroport yolunda baş verib. 160 saylı marşrut avtobusun “VAZ 2109” markalı avtomobil və daha bir neçə maşınla toqquşması nəticəsində avtobus aşıb.

Nəticədə 11 nəfər xəsarət alıb. Faktla bağlı hadisə yerində araşdırmalar aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
842 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...