Avropa İttifaqına daxil olan hər kəs yoxlanılacaq

Avropa İttifaqına daxil olan hər kəs yoxlanılacaq


Aİ Şurası İttifaq ərazisinə daxil olan hər kəsin yoxlanılmasına dair qərar qəbul edib.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Aİ-yə sədrik edən Niderlandın təhlükəsizlik və ədliyyə katibi Klas Düykoff Aİ Şurasının DİN rəhbərləri səviyyəsində keçirilən iclasından sonra bildirib.

Onun sözlərinə görə, bundan sonra Avropa İttifaqının sərhədlərindən keçən şəxslərin adlarının polis məlumat bazalarında olub-olmadığı yoxlanılacaq.

Məlumata görə, qərar Aİ ölkələrinin vətəndaşları da daxil olmaqla, Avropa İttifaqına gələn şəxslərin hamısının yoxlanılmasını nəzərdə tutur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
793 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...