DİN-dən təxribatçı mesaja reaksiya: “Araşdırılır”

DİN-dən təxribatçı mesaja reaksiya: “Araşdırılır”

Ötən gündən Facebook və Whatsapp istifadəçilərinin şəxsi mesaj qutularına “Bakı 2015” Avropa Oyunlarında “təhlükəsizlik tədbirləri” haqqında informasiyalar göndərilir.

Azərbaycan vətəndaşlarına müraciət edilərək ehtiyatlı olmaları ilə bağlı xəbərdarlıq edilir və bir neçə gün əvvəlki yanğın hadisəsi kimi hadisələrin yenə baş verəcəyi istisna edilmir. Müraciətdə vətəndaşlara təhlükə anında DİN və MTN-in məlum xidməti nömrələri ilə əlaqə saxlamaq tövsiyə olunur.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov publika.az-a açıqlamasında məsələnin araşdırıldığını deyib: “Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşlara belə bir müraciət ünvanlanmayıb. Bu, həqiqəti əks etdirməyən məlumatdır. Hazırda bu məlumatla bağlı müvafiq araşdırmalar aparılır. Araşdırmanın nəticəsində bu məlumatın kim tərəfindən və hansı məqsədlə yayıldığı məlum olacaq. Buna uyğun olaraq da müvafiq tədbir görüləcək”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1381 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...