Əhali 1 ayda ərzağa 1,1 milyard pul xərcləyib

 Əhali 1 ayda ərzağa 1,1 milyard pul xərcləyib


Bu ilin yanvar ayında Azərbaycanda istehlakçılara 2 mlrd. 243,2 mln. manatlıq və ya 2015-ci ilin eyni ayı ilə müqayisədə 4,3% çox məhsul satılıb.

Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın həcmi 4,1% artaraq 1 mlrd. 124,8 mln. manata, qeyri-ərzaq məhsulları üzrə isə 5,2% artaraq 1 mlrd. 118,4 mln. manata bərabər olub.

Hesabat ayında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,1%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 16,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,6%-i elektrik malları və mebelin, 1,4%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və digər məmulatların, 18,5%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Bundan başqa ümumilikdə istehlakçılara ötən ay 2 mlrd. 243,2 mln. manatlıq məhsul satılıb ki, bunun 5,9%-i avtomobil yanacağının payına düşür. Beləliklə, istehlakçılar yanvarda avtomobil yanacağının alınmasına 132 mln. 349 min manatlıq xərc çəkib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
850 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...