"Azərişıq" yanan binanın sakinlərinə pulsuz işıq vəd etdi

"Azərişıq" yanan binanın sakinlərinə pulsuz işıq vəd etdi

Mayın 19-da paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi bütün Azərbaycanı sarsıtdı.

“Qafqazinfo” xəbər verir ki, zərəçəkənlərə öz dəstəyini göstərmək üçün “Azərişıq” ASC rəhbərliyi tərəfindən xüsusi qərar qəbul edilib. Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binası sakinlərinin bütün elektrik borcları Səhimdar Cəmiyyətin hesabına ödənilib. Yanmış binanın sakinləri qarşıdakı aylarda da məskunlaşacaqları istənilən yerlərdə elektrik haqlarından azad ediləcək və həyatları normal axara düşənə qədər “Azərişıq” ASC bu abonentlərin bütün elektrik sərfiyyat xərclərini öz üzərinə götürür.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1380 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...