Gəncə Apellyasiya Məhkəməsinin sədri vəzifəsindən azad edilir

Gəncə Apellyasiya Məhkəməsinin sədri vəzifəsindən azad edilir
Gəncə Apellyasiya Məhkəməsinin sədri vəzifəsindən azad edilir.

APA xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Gəncə Apellyasiya Məhkəməsinin hakimləri Mirbahəddin Mirdamət oğlu Hüseynov və Afiq Hüseyn oğlu Hüseynzadə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin ediləcək.

Qeyd edək ki, Mirbahəddin Mirdamət oğlu Hüseynov Gəncə Apellyasiya Məhkəməsinin sədridir.

Eyni zamanda Sumqayıt İnzibati Məhkəməsinin hakimi İsmayıl Rza oğlu Quliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək.

Lətifə Məhyəddin qızı Məmmədova da vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad ediləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
149 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...