Bakıda marşrut avtobusu ağır qəza törətdi - Ölənlər var

Bakıda marşrut avtobusu ağır qəza törətdi -
Bu gün səhər saat 06:30 radələrində Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən “Sünbül” Şadlıq sarayının qarşısında qeydə alınıb. Novruzov Elnur Ariz oğlunun idarə etdiyi “Opel Astra” markalı avtomobillə Səfərov Orxan Adil oğlunun idarə etdiyi 185 nömrəli marşrut avtobusu toqquşub.
Ətraflı

Nəticədə “Opel Astra”nın sürücüsü Elnur Novruzov və sərnişin Gülü Əliyeva aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

Avtobus sürücüsü Orxan Səfərov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
315 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...