Rusiya XİN: "Altılıq platformasının ikinci iclasına hazırlıq gedir"

Rusiya XİN: "Altılıq platformasının ikinci iclasına hazırlıq gedir"
“2021-ci ilin dekabrında yaradılmış 3+3 regional konsultativ platforma (Azərbaycan, Ermənistan, Gürcüstan, həmçinin Rusiya, İran və Türkiyə) tələbat olan və perspektivli mexanizmdir. Biz bundan Cənubi Qafqaz ölkələri ilə qonşuları arasında əməkdaşlığı inkişaf etdirmək üçün fəal şəkildə istifadə etməyi planlaşdırırıq. Bu cür əməkdaşlığın məntiqi ümumi maraq kəsb edən, siyasi ziddiyyətləri kəskinləşdirməyən və qarşılıqlı etimadın artmasına töhfə verən məsələlərin kollektiv şəkildə nəzərdən keçirilməsini nəzərdə tutur. Söhbət, ilk növbədə regional çağırışlara cavab tapmaqdan və yaranan problemlərin regionların özləri tərəfindən həllindən gedir".

“Report” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-a müsahibəsində bildirib.

"Regionun bütün ölkələrinin bu prosesə cəlb edilməsi, məsələn, İrəvan və Bakı, İrəvan və Ankara arasında ticarət, enerji, sənaye, innovativ texnologiyalar, infrastrukturun modernləşdirilməsi sahələrində qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi yolu ilə dialoqun qurulması üçün əlverişli şərait yaradır. Cənubi Qafqaz ölkələri və onların qonşuları arasında əməkdaşlıq üçün əlavə imkanlar regionun tranzit potensialının üzə çıxarılması, yeni çağırış və təhdidlərə qarşı mübarizədə qarşılıqlı fəaliyyətlə bağlıdır.

Hazırda formatın ikinci iclasına hazırlıq gedir. Biz bunu ilin birinci yarısının sonuna qədər həyata keçirməyi planlaşdırırıq. Nəqliyyat və iqtisadi əlaqələrin açılması məsələsinə gəlincə, bu, Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin həmsədrlik etdiyi üçtərəfli ixtisaslaşmış işçi qrupu tərəfindən gerçəkləşdirilir.

Bu istiqamətdə xeyli iş görülüb. Biz regionda konkret layihələrin həyata keçirilməsinə başlamağa imkan verəcək konkret qərarın tezliklə qəbuluna doğru gedirik”, - XİN rəsmisi vurğulayıb.

Xatırladaq ki, mayın 13-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “altılığı” şərh edərkən bu formatın gerçəkləşməsinin çətin olacağını, Azərbaycanın, ilk növbədə, Türkiyə və Gürcüstanla əməkdaşlığa yönəlməli olduğunu bildirib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1349 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...