“Ermənistan əsirlərin siyahısını tam verməyib” - Lavrov

“Ermənistan əsirlərin siyahısını tam verməyib” -
“Hərbi əsirlərin mübadiləsi məsələsi 9 noyabrdan 10 noyabra keçən gecə imzalanan bəyanatın tərkib hissəsidir. Bu məsələ Rusiya Prezidentinin Azərbaycan və Ermənistan liderləri ilə telefon danışıqlarında müzakirə olunub. Bu məsələ mənim Azərbaycan və Ermənistan XİN başçıları ilə telefon danışıqlarımda müzakirə olunub. Hərbi əsirlərin dəyişdirilməsi olduqca uzun davam edən 11 yanvar Moskva görüşündə də müzakirə olunub”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

“Əgər ətraflı desək, həqiqətən də, Ermənistan tərəfində daha çox problemlər olub. Gərək hər iki tərəf əsirlərin siyahısını verərdi. Azərbaycan tərəfi həmin siyahını verib. Bu siyahı böyük deyildi. Həmin əsirlər dəyişdirildi. Əsir, itkin düşmüşlərlə bağlı daha Azərbaycan tərəfindən məsələ qaldırılmadı. Ermənistan tərəfindən isə bu siyahı dərhal və tam təqdim olunmadı. 9 noyabra kimi əsir düşənlərin mübadiləsi oldu. İndi isə söhbət dekabrın əvvəlində yaranan məsələdən gedir. Böyük erməni çağırışçıları noyabrın sonunda Hadruta göndəriliblər. Onlar bir həftə, 10 gün sonra, dekabrın əvvəlində 62 nəfər orda əsir düşüblər. Azərbaycan tərəfi həmin mərhələdə bəyan etdi ki, əsir düşənlər hərbi əməliyyatların dayandırılmasından sonra həmin ərazilərə göndəriliblər, ona görə də həmin məsələyə 9 noyabr üçtərəfli bəyanatı çərçivəsində deyil, ayrıca baxmaq lazımdır. Rusiya əsirlərin “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsinin tərəfdarıdır. Mən erməni həmkarımla danışdım. Məlum oldu ki, siyahıda 62 nəfərdən çox əsir var. Bildirim ki, bu mövzu mövcuddur. Əgər bizim sülhməramlılarımız olmasaydı, bunu həll etmək çətin olardı”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
61 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...