Gürcüstanda neçə azərbaycanlı deputat seçilib?

Gürcüstanda neçə azərbaycanlı deputat seçilib?

Gürcüstanda keçirilən parlament seçkilərində 3 azərbaycanlı namizəd qalib gəlib.

“Report”un yerli bürosu xəbər verir ki, onların 2-si - Zaur Darğallı və Savalan Mirzəyev hakim Gürcü Arzusu Partiyasından seçilib.

Z.Darğallı Marneuli-Qardabani dairəsi üzrə majoritar qaydada, S.Mirzəyev isə proporsional siyahı üzrə deputat mandatı əldə edib.

Qanunverici orqana keçən üçüncü azərbaycanlı Abdulla İsmayılovdur. O, “Vahid Milli Hərəkat – Güc birlikdədir” müxalif birliyin proporsional siyahısında 17-ci yerdə olub. A.İsmayılovun qanunverici orqanda təmsil olunub-olunmayacağı hələ məlum deyil. Belə ki, müxalif birlik seçkilərin qeyri-legitim olduğunu iddia edərək nəticələri tanımadığını bildirib.

Qeyd edək ki, Gürcüstanın öncəki parlamentində 4 azərbaycanlı deputat olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
506 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...