Aleksandr Rar: “İrəvan həm KTMT-dən, həm də NATO-dan rədd cavabı aldı” - MÜSAHİBƏ

Aleksandr Rar: “İrəvan həm KTMT-dən, həm də NATO-dan rədd cavabı aldı” -

Ermənistan güc mərkəzləri arasında çaşqınlıqla vurnuxmağa davam edir, Azərbaycanla müharibədə uduzmamaq və işğal etdiyi əraziləri əlində saxlamaq üçün müttəfiqlər tapmağa çalışır. Bunu Ermənistan prezidenti (NATO yox, KTMT üzvü olaraq) Armen Sarkisyan NATO baş katibi Hens Stoltenberqlə görüşdə də açıq şəkildə büruzə verdi.

Şimali Atlantika İttifaqının baş katibi NATO-nun Qarabağdakı münaqişədə tərəfdaş olmadığını bildirib.

Erməni tərəfi NATO-ya müraciət edərkən nəyə arxalanırdı? Media.Az bu sualla almaniyalı məşhur politoloq Aleksandr Rara müraciət edib:

- Əvvəlcə Ermənistan yardım üçün KTMT-yə müraciət etdi, lakin bu təşkilatda çətinliklərlə üzləşdi. İrəvan üçün bu təşkilata üzv olan Mərkəzi Asiya dövlətlərinə təsir etmək çətin idi. Eyni zamanda, Rusiya da Azərbaycana ehtiyatla yanaşır və Ermənistanla müttəfiqlik əlaqələrinə baxmayaraq, Bakı ilə dostluq münasibətlərini şübhə altına almaq istəmir.

İrəvanda KTMT ilə əlaqələndirilmənin mümkün olmadığını gördülər. Onda hər zaman iki tərəfli siyasət apardığını və təkcə Avrasiyaya deyil, Qərbə də yönəldiyini iddia edən Ermənistan rəhbərliyi NATO ilə körpülər qurmağa çalışdı. Ancaq bu da nəticəsiz qaldı. Şimali Atlantika İttifaqı Qarabağ münaqişəsinə müdaxilə etmək istəmir. Qərb ümumiyyətlə bu vəziyyətdən uzaq durur, oda yanğınla getmir, sadəcə nə edəcəyini də bilmir.

- Bununla yanaşı, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir...

- Bəli, Qərbdə də belə deyirlər və yazırlar. Eyni zamanda, burada güc tətbiqini o qədər də alqışlamırlar. Ona görə də, Qərb, NATO və həm də Rusiya sadəcə münaqişə tərəflərini atəşi dayandırmağa və danışıqlar masasına oturmağa çağıracaqlar.

- Bəs Ermənistan bundan sonra nə edəcək? Ermənistanın Baş naziri Nikol Paşinyan erməniləri “qalib gələnə qədər” mübarizə aparmağa çağırıb, danışıqlara isə hazır deyil.

- Bilirsinizmi, deməzdim ki, Ermənistanda danışıqlara getmək istəmirlər. Sadəcə, İrəvanda simalarını itirmədən bunu necə etməyi düşünürlər. Bəlkə də, BMT-nin və ya ATƏT-in beynəlxalq iştirakı olacaq, ancaq danışıqlar tezliklə baş tutacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
470 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...