“Şənbə-bazar polis postlarının sayı daha da artacaq”

“Şənbə-bazar polis postlarının sayı daha da artacaq”

Xəbər verdiyimiz kimi, paytaxtın bəzi yerlərində polis postlarının fəaliyyəti yenidən bərpa edilib.

“Qafqazinfo” xəbər verir ki, AzTV-də şəhərdə bərpa edilən polis postları haqqında reportaj yayımlayıb.

Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Ələsgərli bildirib ki, bu cür postlar şənbə və bazar günləri daha çox olacaq: “Sürücülər şəhərin istənilən küçələrində bu cür mobil postları görəcəklər. Məqsədimiz icazə sistemində olan şəxsləri müəyyənləşdirməkdir. Həftəsonları qeyri-iş günləri olduğu üçün biz sürücülərin hərəkətdə olmamasını məsləhət görürük. Şəhər daxilində, o cümlədən şəhərdən kənara çıxma hallarının qarşısı polis tərəfindən alınacaq. Ona görə də həftəsonları üçün xüsusi istirahət proqramı hazırlamamağı vətəndaşlara məsləhət görürük”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
649 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...