“Beşinci kolon” korrupsionerləri müdafiə edir” - Siyavuş Novruzov

 “Beşinci kolon” korrupsionerləri müdafiə edir” -

“İllərdir ki, qərəzli xarici dairələrdən aldığı sifarişləri yerinə yetirən dağıdıcı müxalifət bu məsələ ilə əlaqədar olaraq vətəndaşların münasibətinə zidd mövqe tutur, xalqın və dövlətin mənafeyinə qarşı çağırışlar edir”.

“Report” xəbər verir ki, YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov ““Beşinci kolon” korrupsionerləri müdafiə edir” məqaləsində belə yazıb.

O qeyd edib ki, radikal düşərgədə toplaşmış antimilli ünsürlər konkret olaraq korrupsionerləri müdafiə edirlər.

S.Novruzov hesab edir ki, korrupsioner keçmişə sahib olan Əli Kərimli və onunla eyni düşərgədə yer alanların rüşvətxorları, vətəndaşların haqqını qəsb edənləri müdafiə etmələri təəccüblü deyil.

Onun sözlərinə görə, 1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş AXC-Müsavat cütlüyü Azərbaycanda korrupsiya və korrupsionerliyi dövlət siyasətinə çevirmişdi.

“Həmin dövrdə ölkə iqtisadiyyatının çöküşü və tənəzzülünə səbəb olan amillərdən biri səriştəsiz idarəetmə idisə, digəri rüşvətxorluq və korrupsiyanın tüğyan etməsi idi.

Bütün bunların fonunda AXCP sədri Əli Kərimlinin, onunla eyni düşərgədə yer alan, eləcə də “Milli şura”da təmsil olunan dağıdıcıların korrupsionerləri deyil, rüşvətxorluq və korrupsiya kimi hallara qarşı amansız mübarizə aparan dövləti tənqid hədəfinə çevirmələrinin, qanunazidd hərəkətlərə haqq qazandırmalarının səbəbləri tam aydın olur. Necə deyərlər, vaxtilə kreslo davası apararaq Azərbaycanın müstəqilliyini girov qoymağa çalışan, müxtəlif dövrlərdə hakimiyyətə gəlmək üçün ermənilər və ermənipərəst dairələrlə işbirliyinə getməkdən çəkinməyən, lakin xalq tərəfindən tarixin arxivinə yollanan radikal ünsürlər bir daha cinayətkar və xəyanətkar simalarını nümayiş etdirirlər!”

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
113 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...