"Cəmil Həsənli ABŞ-dan qayıtmayacaq" - İDDİA

"Cəmil Həsənli ABŞ-dan qayıtmayacaq" -

"Böyük bir siyasi təşkilatı pultla idarə etməzlər. Bu mənzərə eksentrik görünür. Gərək gedəndə vəzifəsini kiməsə tapşırardı. Bizə hər gün təzyiq edirlər, polislər məni iki dəfə saxlayıb, cərimə olunmuşam, rəhbər ABŞ-da oturub öz kefindədir".

Bu fikirləri Milli Şuranın Koordinasiya Mərkəzindən istefaya gedəndən sonra ilk müsahibəsini "Rupor"a verən tanınmış yazıçı, rejissor Eldəniz Quliyev bildirib.

Eldəniz Quliyev xaricdən ölkənin daxili işlərinə qarışanlardan birinin adını çəkərək onu məzəmmət etməklə yanaşı, Milli Şuranın Koordinasiya Mərkəzinin sədri Cəməl Həsənlinin gələcək taleyi haqqında da fikirlər söyləyib:

"Orda biri var – Ramiz Yunus. Özünü politoloq kimi aparır, Milli Şuraya göstərişlər verir. Çox naşı və təbiət etibarilə qorxaq adamdır. Belə adamların varlığı müxalifət haqqında neqativ fikirlər yaradır. Müxalifətsiz demokratiya qurmaq olmaz. Ümumiyyətlə müxalifətsiz ölkə, hakimiyyət çətin duruma düşər. Sadəcə adekvat olmayan belə insanlar müxalifətin inkişafına imkan vermir"

Nə qədər təəccüblü görünsə də Milli Şuranın keçmiş üzvü dünənə qədər rəhbərliyində təmsil olunduğu Şuranın sədrinin ABŞ-da hansı məqsədlə yaşadığından xəbərsz olduğunu deyib.

"Cəmil Həsənli ABŞ-a hansısa proqram xətti ilə gedib, bir kitabı da çıxıb. Artıq ritorikası da dəyişib, iqtidara qarşı sərt, radikal çıxışlar edir. Burda olanda çəkinirdi. Cəmil Həsənli çox güman ABŞ-dan qayıtmayacaq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
697 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...