Keçmiş deputat parlamentdəki vəzifəsindən azad olundu

Keçmiş deputat parlamentdəki vəzifəsindən azad olundu

Keçmiş deputat Rifət Ağalarov Milli Məclisdəki vəzifəsindən azad edilib. “Report”un xəbərinə görə, bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova müvafiq sərəncam imzalayıb.

Sərəncamla R.Ağalarov Milli Məclis Aparatının Komitə və komissiyalar ilə iş şöbəsinin müdir müavini vəzifəsindən azad olunub. O, təqaüdə göndərilib.

Qeyd edək ki, R.Ağalarov II çağırış (2000 – 2005) Milli Məclisin deputatı olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
492 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...