Milli Məclisdə yeni Baş prokuror məsələsi müzakirə edilir

Milli Məclisdə yeni Baş prokuror məsələsi müzakirə edilir

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası davam edir.

“Report”un xəbərinə görə, iclasda “Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.

K.Əliyev parlamentin iclasında iştirak edir.

Xatırladaq ki, indiyədək Baş prokuror vəzifəsini Zakir Qaralov tuturdu. Onun səlahiyyət müddəti başa çatıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
604 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...