Heyvan və quş yemlərinin satışı ƏDV-dən azad ediləcək

Heyvan və quş yemlərinin satışı ƏDV-dən azad ediləcək

Gələn il yanvarın 1-dən heyvan və quş yemlərinin satışı əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, heyvan və quş yemlərinin satışının 4 il müddətində əlavə dəyər vergisindən azad edilməsi nəzərdə tutulur.

Komitə sədrinin sözlərinə görə, layihəyə əsasən, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr 2020-ci il yanvarın 1-dən 4 il müddətində ƏDV-dən azaddır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
479 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...