“YAP şərəflə, ləyaqətlə xalqa xidmət edir” - Əli Əhmədov

“YAP şərəflə, ləyaqətlə xalqa xidmət edir” -

"Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 27 ili tamam olur. Partiyanın yaranması və fəaliyyəti kifayət qədər uğurlu olub"

"Gundeminfo" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

O xatırladıb ki, partiya yarandıqdan təxminən 6 ay sonra onun lideri Heydər Əliyev Azərbaycanın Prezidenti seçilib: “Beləliklə də YAP Azərbaycanın iqtidar partiyasına çevrildi. 26 ildən çoxdur ki, YAP şərəflə, ləyaqətlə Azərbaycan xalqına xidmət edir. Azərbaycanın müasir dünyanın ən uğurlu və sürətlə inkişaf edən dövlətinə çevrilməsinə böyük töhfələr verib. Bu illər ərzində YAP-ın özü də kifayət qədər qüdrətlənib, sıraları genişlənib”.
Ə. Əhmədov bildirib ki, İndi YAP ümumxalq partiyası statusunu ləyaqətlə daşımaqdadır: “Onun sıralarında 750 minə qədər Azərbaycan vətəndaşları var”.

Baş Nazirin müavini inanır ki, YAP iqtidarının ömrü Azərbaycanın siyasi həyatında kifayət qədər uzun olacaq: “Azərbaycan vətəndaşları YAP iqtidarının faydalarını bundan sonra da görəcəklər”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
36 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...