Hikmət Hacıyev: Azərbaycan XİN-in “qara siyahı”sında 600-ə yaxın insanın adı var

Hikmət Hacıyev: Azərbaycan XİN-in “qara siyahı”sında 600-ə yaxın insanın adı var

Hazırda Azərbaycan Xarici İşlər Nazirliyinin XİN) arzuolunmaz şəxslər siyahısında 600-ə yaxın insanın adı var. Bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci il xarici siyasətin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

H.Hacıyev bildirib ki, 2017-ci il ərzində 10-a yaxın şəxs adlarının bu siyahıdan çıxarılması ilə bağlı Azərbaycan tərəfinə müraciət edib.

Onun sözlərinə görə, müraciət edənlərin bir qismi arzuolunmaz şəxslər siyahısından çıxarılıb və digərlərinin müraciətinə baxlır.

Dağlıq Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşlarının məsələsinə gəlincə, H.Hacıyev bildirib ki, bununla bağlı Azərbaycan hüquq-mühafizə orqanları Türkiyənin hüquq-mühafizə orqanları ilə təmasları davam etdirir.

XİN rəsmisi vurğulayıb ki, aparılan təbliğat və maarfləndirmə işləri nəticəsində insanlar artıq Ermənistanın yalanlarına uymurlar, həmçinin bəzi ölkələrin xarici işlər nazirlikləri bu cür səfərlərin hüquqi məsuliyyət daşıması ilə bağlı öz internet səhifələrinə xəbərdalıqlar yerləşdirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
909 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...