Ərdoğan deyir ki, İsrail işğalçı və terrorçu dövlətdir

Ərdoğan deyir ki, İsrail işğalçı və terrorçu dövlətdir

"Qüdsdə, bu qədim şəhərin küçələrində dolanan hər kəs oranın işğal altında olduğunu anlayacaq".

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə sammitində çıxışı zamanı deyib.

O bildirib ki, dekabrın 6-da ABŞ beynəlxalq hüquqa məhəl qoymayaraq Qüdsü İsrailin paytaxtı kimi tanıdığını açıqlayıb: “Bu şəhərlə bağlı belə qərarın açıqlanmasının heç bir hökmü ola bilməz. ABŞ-ın da veto hüququna malik olduğu BMT TŞ qərarına əsasən heç bir ölkə Qüdsdə səfirlik aça bilməz. ABŞ-ın bu hüquqsuz qərarına yalnız Qüdsü işğal altında saxlayan İsrail dəstək verib. İslam ölkələri ilk andan açıq şəkildə bu qərarı tamamilə rədd edib. Bu qərarın vicdan, hüquq, əxlaq və tarix önündə hökmsüz olduğunu elan etdik. Bu barışı istəyən fələstlinlilərin cəzalandırılması mənasına gəlir.

1947-ci ildə və indi İsrail və Fələstinin ərazilərini müqayisə etdikdə, İsrailin işğalçı və terrorçu dövlət olduğu aydın görünür".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
764 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...