Ziyafət Əsgərov: “Həmsədrlərin regiona səfərlərindən heç nə gözləmirəm”

Ziyafət Əsgərov: “Həmsədrlərin regiona səfərlərindən heç nə gözləmirəm”

“ATƏT-in Minsk qrupunun həmsədrləri məsuliyyəti üzərindən atırlar. Deyirlər ki, Azərbaycan və Ermənistan öz aralarında razılığa gəlsinlər, biz də bunu dəstəkləyək. Ona görə də Minsk qrupu həmsədrlərinin regiona növbəti səfərlərindən heç nə gözləmirəm”.

APA-nın məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

Vitse-spiker deyib ki, Azərbaycan və Ermənistan öz aralarında razılığa gələ bilsəydilər, ATƏT-in Minsk qrupuna ehtiyac qalmazdı: "Həmsədrlər Ermənistana işğalçı olduğunu, torpaqları azad etməli olduğunu bildirməlidir. Bunu demirlərsə, həmsədrlərdən heç nə gözləmirəm”.

Z. Əsgərov qeyd edib ki, ermənilər həmsədrlər regiona səfər edərkən hər zaman atəşkəsi pozublar, təxribatlar törədiblər: “İndi də belə təxribatlar törədirlər və deyirlər ki, Azərbaycan atəşkəs rejimini pozur. Bu həm bizə, həm də həmsədrlərə bəllidir. Lakin nəyə görəsə həmsədrlər bu təxribatlara cavab vermirlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
981 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...