“Bu məsələ ölkə rəhbərliyinin diqqətindədir” - Baş nazirin müavini

“Bu məsələ ölkə rəhbərliyinin diqqətindədir” -


“Azərbaycan gender bərabərliyinə həssas yanaşır. Bu məsələ ölkə rəhbərliyinin diqqətindədir”. AzVision.az xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov Bakıda keçirilən “Dayanıqlı inkişaf məqsədləri: Qadınlar və inkişaf” mövzusunda konfransda çıxışı zamanı deyib.

Baş nazirin müavini bildirib ki, dünyada qadınlarla kişilər arasında hüquq bərabərliyinin pozulması faktları var: “Yəni, qeyri-bərabərlik mövcuddur. Təhsil səviyyəsinə görə də qeyri-bərabərlik mövcuddur. Təhsil hüququndan məhrum olanların 3/2 qadınlardır. Bu cür mənzərələrin aradan qaldırılması üçün iş aparılır. Dünyanın 140 ölkəsinin konstitusiyasında qadınlarla kişilərin bərabərliyi əksini tapıb, amma real həyatda bunun əksi olur. Gender bərabərliyi olan ölkələr inkişaf etmiş ölkələrdir. Bu siyahıda Skandinaviya ölkələri öndədir. O cəmiyyətlərdə ki insanların potensialından tam istifadə olunur, o ölkələr inkişaf edir. Azərbaycan cəmiyyəti dünyanın ayrılmaz hissəsi kimi bu məsələlərə həsaslıqla yanaşır”.

Ə.Əhmədov qeyd edib ki, cəmiyyətdə qadına xüsusi hörmət olunmalıdır: “Azərbaycanda qadının ictimai, siyasi həyatda rolunun artırılmasına çalışılır. Bu, hər bir müasir cəmiyyətin qarşısında duran əsas vəzifədir. Ölkəmizdə qadınlar bir sıra sahələrdə-təhsil, səhiyyə sahəsində öndədirlər. Bir çox qurumlara qadınlara rəhbərlik edir, Azərbaycan Milli Məclisində 19 qadın deputat var. Azərbaycanda qadın sahibkarlar da var. Eyni zamanda bizi narahat edən məsələləri həll etməliyik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
929 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...