Gürcüstanda etiraz aksiyaları fonunda yeni prezident seçiləcək – Nə məlumdur?
Bu gün Gürcüstanda 300 nəfərlik kollegiya prezidenti seçəcək.
Yeniavaz.com “Azadlıq radiosu”nun Gürcüstan xidmətinə istinadla xbər verir ki, kollegiya üzvləri əsasən hakim “Gürcü arzusu” partiyasında təmsil olunur və buna görə də yeganə namizəd Mixail Kavelaşvilinin prezident seçiləcəyi gözlənilir.
300 nəfərlik kollegiyanın tərkibi aşağıdakılardan ibarətdir:
Gürcüstan parlamenti - 150 üzv [bütün üzvlər - müxalifətin boykotuna baxmayaraq];
Acarıstan Muxtar Respublikasının ali nümayəndəli orqanı - 21 üzv [bütün üzvlər];
Abxaziya Muxtar Respublikasının ali nümayəndəli orqanı - 20 üzv [bütün üzvlər];
Siyasi partiyalar və yerli özünüidarəetmə orqanlarının tərkibindən - 109 nəfər.
Qeyd edək ki, ölkədə oktyabrın 26-da keçirilən seçkilərin nəticələri və parlamentin legitimliyi hazırkı Gürcüstan prezidenti, seçki səddini keçən müxalifət partiyaları və yeni parlament seçkilərinin təyin edilməsi tələbi ilə on altıncı gündür mitinqlər keçirən nümayişçilər tərəfindən tanınmır.
Müxalifət partiyalarının parlamentdəki nümayəndələri səsvermə prosesində iştirak etməyəcəklərini bəyan ediblər.
Parlament binasında “sarı təhlükəsizlik səviyyəsi” elan edilib və mühafizəsi gücləndirilib. Parlamentdə yalnız bu gün üçün xüsusi olaraq akkreditə olunmuş televiziya və onlayn media orqanlarına prosesi işıqlandırmaq icazəsi verilib.
Eyni zamanda onlarla gənc səhər saat 7-də Parlament binasına doğru yürüş ediblər. Hazırda da binanın yaxınlığında etirazçılar toplaşıb. Seçki prosesi başlayana qədər insan izdihamının aratacağı gözlənilir.
Xatırladaq ki, hazırkı prezident Salome Zurabişvili “Gürcü arzusu” tərəfindən irəli sürülən Mixail Kavelaşvilinin prezidentliyə namizəd seçilməsini “təxribat” və “parodiya” adlandırıb. O deyib ki, öz postunu tərk etməyəcək.
Salome Zurabişvili hesab edir ki, legitim parlament seçildikdən sonra legitim prezident seçkiləri keçirilməlidir. Buna görə də o, həmin vaxta qədər legitim prezident olaraq qalacağını bəyan edib.
165 dəfə oxundu