Əli Əliyev yenidən sədr olmaq istəyir

Əli Əliyev yenidən sədr olmaq istəyir


Vətəndaş və İnkişaf Partiyası (VİP) bu ilin may ayında növbəti qurultayını keçirməyi planlaşdırır. Bunu Trend-ə partiyanın sədri Əli Əliyev deyib.

Ə.Əliyev bildirib ki, rəhbərlik etdiyi partiyanın ilk qurultayı da may aynın 28-də baş tutub: “Biz 28 may tarixini çox vacib gün sayırıq. Ona görə də partiyanın növbəti qurultayının mayın 28-də keçiriləcəyi istisna deyil”.

VİP sədri qurultay zamanı partiya sədrliyinə yenidən namizədliyini irəli sürəcəyini bildirib: “Mən hələ cavan sədrəm və namizədliyimi irəli sürəcəyəm. Qurultay elan olunduqdan sonra təbii ki, sədrliyə iddiaçılar ortaya çıxacaq. Buna normal yanaşmaq lazımdır. Çalışırıq ki, sədrliyə iddia edənlər çox olsun”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
834 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...