Ermənistan XİN başçısı Brüsselə səfər edəcək

Ermənistan XİN başçısı Brüsselə səfər edəcək

Yanvarın 23-25-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Brüsselə işgüzar səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan XİN sözçüsü "Facebook"da paylaşım edib. Ararat Mirzoyan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxış edəcək, Ermənistan və Azərbaycan arasında normallaşma prosesi və Ermənistan-Avropa İttifaqı əməkdaşlığı barədə Avropa Parlamenti üzvlərinin suallarını cavablandıracaq.

Ararat Mirzoyan Brüsselə səfəri çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberq, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell, Belçikanın xarici işlər naziri Hadja Lahbib ilə də görüşəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
382 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...