“Biz onların əmanətlərinə sahib çıxmalıyıq”

“Biz onların əmanətlərinə sahib çıxmalıyıq”

“Şəhidlərin azad etdiyi bu torpaqlar, ucaltdığı bu bayraq bizə əmanətdir. Biz onların əmanətlərinə sahib çıxmalıyıq”.

Bu sözləri Oxu.Az-a şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu deyib.

O bildirib ki, bu dövlətin yaşaması üçün gənclər vətənpərvər ruhda böyüməlidir:

“44 günlük müharibədə ordumuz təkcə düşmənə deyil, onların hegemon himayədarlarına qarşı da döymüşük. Biz xalq, dövlət, ordu olaraq birləşmişik. Xalq hər zaman ordunun arxasında olarsa, heç vaxt bizim torpaqlara düşmən ayağı dəyməyəcək. Şəhidlərimizin tanıdılması ona görə vacibdir ki, hər kəs bu çətin müharibəni, onun iştirakçılarını bilməlidir. Şəhidlər indi yox, unudulanda ölürlər. Allah şəhidlərimizə rəhmət eləsin”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
402 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...