Bu metrostansiyanın ətrafı döyüş meydanına ÇEVRİLİB - FOTOLAR

Bu metrostansiyanın ətrafı döyüş meydanına ÇEVRİLİB -

Son illər Bakıda ard-arda inşaat və yenidənqurma işləri aparılsa da, paytaxın bəzi küçələri sanki döyüş meydanıdır. Uçulub, dağılmış, qopmuş döşəmə və asfalt örtükləri, addımbaşı rast gəlinən çalalar insanların əsəblərini tarıma çəkir.

Paytaxtın əsasən gözdən uzaq, könüldən iraq yerlərində demək olar ki, heç kimi səliqə-sahman məsələsi maraqlandırmır.

Hələ bəzi ərazilərdə uzun illər təmir olunmayan, yenidənqurma işləri aparılmayan parkları demirəm. Hansı ki, insanların istirahəti üçün nəzərdə tutulan bu parklarda nəinki dincəlmək və zövq almaq mümkündür, əksinə ağrılı mənzərədən insanın əsəbi də, zövqü də korlanır.

Bəhs etdiyimiz bərbad ərazilərdən biri də “Azadlıq prospekti” metrostansiyasının çıxışlarından birinin ətrafıdır. Təxminən 12 il əvvəl tikilən və kiçik parka açılan metrostansiyanın ərazisi keçilməz, uçub qopmuş döşəmə, eləcə də dağılmış örtüklərlə əhatələnmiş vahiməli aləmə bənzəyir.

Parkdan çıxmaq üçün bir vaxtlar salınmış pilləkandan isə əsər-əlamət yoxdur. Mərtəbələri bilinməyən dağılmış pilləkandan istifadə isə mümkünsüz hala çevrilib. Hər gün yüzlərlə insan bu metrodan və ərazidən istifadə edir. Şəhərin aparıcı ərazilərindən hesab olunan küçənin durumu ilə bağlı çoxsaylı vətəndaş şikayətləri var.

Gecə saatlarında bu işıqsız küçə və dalanlardan keçən sakinlər müxtəlif fiziki xəsarətlər alırlar, yağmurlu havalarda isə bu ərazidən heç danışmağa dəyməz.

Sakinlər şikayət edir ki, kosmetik aparılan abadlıq işləri sadəcə gözə görünmək üçündür, şəhərin bir az dərinliklərində heç bir abadlıqdan söhbət gedə bilməz. Xüsusilə də Binəqədi kimi gözdən uzaq rayonlarda. Yerli icra strukturları və bələdiyyə isə bu cür şikayətlərə heç əhəmiyyət vermir.

Mövzu diqqətimizdə olacaq.

Bu metrostansiyanın ətrafı döyüş meydanına ÇEVRİLİB -
Bu metrostansiyanın ətrafı döyüş meydanına ÇEVRİLİB -
Bu metrostansiyanın ətrafı döyüş meydanına ÇEVRİLİB -
Bu metrostansiyanın ətrafı döyüş meydanına ÇEVRİLİB -
Bu metrostansiyanın ətrafı döyüş meydanına ÇEVRİLİB -
Bu metrostansiyanın ətrafı döyüş meydanına ÇEVRİLİB -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1564 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...