Ermənistanda etirazçılar Paşinyanın istefasını tələb edir, saxlanılanlar var - FOTOLAR

Ermənistanda etirazçılar Paşinyanın istefasını tələb edir, saxlanılanlar var -
İkinci Qarabağ Müharibəsində Ermənistanın kapitulyasiya elan etməsindən sonra ölkədə etiraz aksiyaları baş qaldırıb.

"Qafqazinfo" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşları İrəvanın Azadlıq meydanında keçiriləcək mitinqdə iştirak etmək istəyən fəalları kütləvi şəkildə saxlamağa başlayıb. Bildirilib ki, polis heç bir əsas göstərmədən insanları həbs edir.

Bundan əvvəl, Ermənistan Baş Prokurorluğu ölkədə mövcud hərbi vəziyyət səbəbi ilə mitinqlərin qadağan edildiyi barədə xəbərdarlıq etmişdi.

Qeyd edək ki, Ermənistan müxalifəti 11 noyabr tarixində saat 13: 00-da Yerevanda Qarabağla bağlı üçtərəfli bəyanat verilməsinə qarşı etiraz aksiyası keçirməyi planlaşdırırdı.

***

İrəvanın Azadlıq meydanında keçirilən kütləvi etiraz aksiyasının iştirakçıları baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Aksiyada iştirak edənlərin arasında Ermənistanın keçmiş baş naziri Vazgen Manukyanın da olduğu bildirilib. "Nikolu qovmayacağıqsa, bu xalqımızın ləyaqətinin olmadığı anlamına gələcək",-deyə Manukyan aksiyada çıxışı zamanı qeyd edib.


Ermənistanda etirazçılar Paşinyanın istefasını tələb edir, saxlanılanlar var -
Ermənistanda etirazçılar Paşinyanın istefasını tələb edir, saxlanılanlar var -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
479 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...