“Bir kərə yüksələn bayraq, bir daha enməz!” - Türkiyə səfirliyindən Bayraq günü təbriki

“Bir kərə yüksələn bayraq, bir daha enməz!” -

Türkiyənin Azərbaycandakı səfirliyi Azərbaycan xalqını Bayraq günü münasibətilə təbrik edib.

Bununla bağlı səfirliyin rəsmi “Facebook” hesabından paylaşım edilib.

Paylaşımda deyilir:

“Bir kərə yüksələn bayraq, bir daha enməz!” - Məhəmməd Əmin Rəsulzadə

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik.

Bu münasibətlə, Azərbaycan bayrağının işğal altındakı torpaqlarda bir daha enməmək şərtilə yüksələcəyinə olan inamımızı qeyd edirik.

Yaşasın Azərbaycan, yaşasın əbədi qardaşlığımız!”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
592 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...