Deputatdan əsgər ailələrinin bank kreditləri ilə bağlı TƏKLİF

Deputatdan əsgər ailələrinin bank kreditləri ilə bağlı
«Səfərbərliyə alınmış şəxslərin ailələri tərəfindən bizə müraciətlər daxil olur. Müraciətlər bank kreditləri ilə bağlıdır».

Modern.az xəbər verir ki, bunu parlamentin iclasında çıxış edən deputat Erkin Qədirli bildirib.

Deputatın sözlərinə görə, vətən borcunu yerinə yetirənlər başqa borcları düşünməməlidir: «Səfərbərliyə alınmış şəxslərin ailələrinin bank kreditlərini ödəmək imkanları yoxdu. Yaxşı olar ki, bank kreditləri onlar səfərbərliyə alındığı gündən dondurulsun. Səfərbərliyə alınımşların buna mənəvi haqqı çatır. Vətən borcunu yerinə yetirənlər başqa borcları düşünməməlidir. Onlar vətən borclarını yerinə yetirərkən fikirləri ailənin qayğılarında qalmamalıdır»



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
456 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...