Məcburi köçkünlər üçün yeni yaşayış məhəlləsindəki işlərə 6,7 milyon manat sərf olunacaq

Məcburi köçkünlər üçün yeni yaşayış məhəlləsindəki işlərə 6,7 milyon manat sərf olunacaq

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu elan etdiyi açıq tenderə yekun vurub.

Oxu.Az-ın dövlət satınalmaları portalından əldə etdiyi məlumata əsasən, açıq tenderin qalibi “Kür-Araz Şirkəti” MMC olub.

Fond şirkətlə dəyəri 6,7 milyon manat həcmində müəyyənləşən müqavilə bağlayıb. Belə ki, müqaviləyə əsasən, Ramana qəsəbəsində 1 512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində su təchizatı, eləcə də, kanalizasiya və suvarma sisteminin tikintisi şirkət tərəfindən təmin olunacaq.

Tender üzrə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu müvafiq işlərin həyata keçirilməsinə 6 milyon 691 min 350 manat sərf edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
471 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...