Hikmət Hacıyevdən çağırış - Əsgərlərlə bağlı materiallar paylaşmayın

Hikmət Hacıyevdən çağırış -
“Sosial şəbəkələrdən istifadə edən vətəndaşlarımızdan bir daha xahiş edirik ki, rəsmi xəbər olmadan hər hansı məlumatları paylaşmasınlar. Hər hansı materialın verilməsi əsgərlərimizin həyatı bahasına başa gələ bilər”

Modern.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O bir daha vətəndaşları rəsmi xəbərlərə istinad etməyə çağırıb:

“Bir daha bütün vətəndaşlarımızı təmkinli və səbrli olmağa, rəsmi mənbələrə istinad etməyə çağırırıq. Müdafiə Nazirliyi və digər rəsmi qurumlar tərəfindən vaxtında insanlarımıza obyektiv məlumatlar çatdırılır. Öz ictimaiyyətindən məlumatları gizlədən yalnız Ermənistandır”.

Hikmət Hacıyevin sözlərinə görə, cəbhədə vuruşan əsgərlərimizin mübarizəsini tam layiqincə qiymətləndirməliyik:

“Azərbaycanın işğal olunmuş əraziləri dünyada da böyük göstəricilərə malikdir. Ermənistan tərəfindən orada 30 ildir ki müxtəlif ianələr hesabına silahlar toplanıb. Belə bir şəraitdə Azərbaycanın rəşadlətli oğulları o torpaqları işğaldan azad edirlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
530 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...