Baş Nazirdən şad xəbər: Rüsum ləğv edildi

Baş Nazirdən şad xəbər:

Nazirlər Kabineti "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda dəyişiklik edib.

Gundeminfo.az xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasında xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici dövlətlərdə verilən təhsil haqqında sənədlərin tanınması sahəsində göstərilən xidmətlərə görə Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir.

Yeni qərarla ali təhsil sahəsində ixtisasın tanınması barədə müraciətə (ərizəyə) dövlət rüsumunun ödənilməsi barədə qəbzin əlavə olunması ləğv edilib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
90 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...