Azərbaycanda pensiya yaşı aşağı endirillir? - AÇIQLAMA

Azərbaycanda pensiya yaşı aşağı endirillir? -


Son dövrlər müzakirə olunan mövzulardan biri də pensiya yaşının endirilməsidir. Qeyd edək ki, Azərbaycanda kişi və qadınlar üçün pensiya yaşı 65-dir. Ölkəmizdə pensiya yaşı endirilə bilərmi?

Bununla bağlı KONKRET.az–ın sualını cavablandıran deputat Müşfiq Cəfərov bildirib ki, bunun üçün əvvəlki vəziyyəti, dünyada və qonşu ölkələrdəki təcrübəni öyrənmək lazımdır:

“Bizdə əvvəl pensiya yaşı 63 idi. Bir neçə il öncə pensiya yaşı 63-dən 65-ə qaldırıldı. Hesab edirəm ki, ehtiyac yaranarsa, bu məsələyə baxıla bilər. İnsanlarımızdan bu barədə sorğu keçirilməsi vacibdir. Vətəndaş cəmiyyəti və bu sahə ilə məşğul olan qurumlar bu məsələni müzakirə etməlidirlər. Araşdırılmadan qərar vermək düzgün olmazdı”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
484 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...