Ramiz Mehdiyev mülklərini satışa çıxardı

Ramiz Mehdiyev mülklərini satışa çıxardı

Prezident Administrasiyasının keçmiş rəhbəri, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini daşıyan Ramiz Mehdiyev mülklərini satışa çıxarıb.

Axar.az-a daxil olan məlumatda bildirilir ki, satışa çıxarılan mülklər əsasən R.Mehdiyev PA rəhbəri olarkən ona edilən hədiyyələrdir. Akademikin bu mülklərin böyük əksəriyyətinin qapısını bircə dəfə də olsun açmadığı da qeyd edilir.

İddialara görə, AMEA prezidentinin ən böyük villalarından biri Göyçayın Hüngütlü kəndində yerləşir. Villa 6 metr hündürlükdə hasarla əhatə olunub. Satış qiyməti 2,5 milyon manatdır. Villanın ərazisində helikopter meydançası da var.

20 hektar əraziyə sahib malikanədə bahalı dekorativ ağaclar və cürbəcür meyvə ağacları ilə birlikdə süni göl də var. Villa 2014-cü ildə tikilib. Ondan əvvəl isə ərazi düzənlik olub.

Ramiz Mehdiyevin əsas şəxsi mülk siyahısında Göyçayın Yeniarx kəndində 10 hektar nar bağı da xüsusi yer tutub. Amma vəzifədən uzaqlaşdırıldıqdan sonra həmin bağı hazırda Moskvada yaşayan məşhur iş adamı Fərhad Əhmədova satıb.

Ramiz Mehdiyevin Bakının ən bahalı yaşayış məhəllələrində yerləşən villa və mənzillərini də satışa çıxardığı bildirilir. Qeyd olunur ki. bu villaların ümumi deyəri onmilyonlarla ölçülür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
524 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...