Beynəlxalq Bankda İslam bankçılığı departamenti ləğv olunub

Beynəlxalq Bankda İslam bankçılığı departamenti ləğv olunub


Azərbaycan Beynəlxalq Bankında (ABB) İslam bankçılığı departamenti ləğv olunub. Bu barədə qərar ötən həftə qəbul edilib.

İslam bankçılığının tətbiq edilməsi üzrə layihə çərçivəsində yaradılmış “İslam pəncərəsi”nin açılması haqqında 2012-ci ilin sentyabrında elan edib. Departament müştərilərinə xidmət göstərməyə 2013-cü ilin aprel ayından başlayıb. Bank xidmətlərinə icarə, vakala (depozit), islam bank kartı və «Qard Hasan» kimi məhsullar daxil idi.

ABB mətbuat xidməti bildirib ki, departament ABB-də həyata keçirilən struktur dəyişiklikləri çərçivəsində ləğv edilib. Xarici maliyyə qurumları ilə islam bankçılığı istiqamətində bağlanmış sazişlər, Bankın bu sahədə öhdəlikləri yenə qüvvəsində qalır. İslam bankçılığı sahəsində çalışmış işçilər funksional bölgüyə uyğun şəkildə öz fəaliyyətlərini davam etdirəcək, deyə məlumatda bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1142 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...