Abşeron sakinləri ağacəkmə kampaniyasında fəal iştirak edirlər FOTO

Abşeron sakinləri ağacəkmə kampaniyasında fəal iştirak edirlər
Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü respublikamızda, o cümlədən Abşeron rayonunda da böyük razılıqla qarşılanıb. Azərbaycanda ilk dəfə bir gündə bu qədər sayda ağac əkiləcək.

Gundeminfo.az-ın məlumatına görə, dekabrın 6-da Abşeron rayon sakinləri də bu genişmiqyaslı kampaniyaya həvəslə qoşulub, qabaqcadan müəyyən olunmuş ərazilərdə rayonun iqliminə uyğun minlərlə ağac tinginin əkilməsində iştirak edirlər.

Rayonun musiqi məktəblərinin yetirmələrinin nağara və sazda ifaları, rəqs kollektivinin çıxışı tədbirə əlavə rəng qatıb.

Qeyd edək ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyev tərəfindən İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması görkəmli şairin ədəbi irsinin təbliği və öyrənilməsində yeni imkanlar açıb. Həmçinin “Nəsimi ili” çərçivəsində ölkəmizdə və dünyada bir sıra mühüm tədbirlər də keçirilir.


Abşeron sakinləri ağacəkmə kampaniyasında fəal iştirak edirlər
Abşeron sakinləri ağacəkmə kampaniyasında fəal iştirak edirlər
Abşeron sakinləri ağacəkmə kampaniyasında fəal iştirak edirlər
Abşeron sakinləri ağacəkmə kampaniyasında fəal iştirak edirlər



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
498 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...