İnnovativ ideyası olanlara şad xəbər

İnnovativ ideyası olanlara şad xəbər

“Sahibkarlara xidmət və Biznes İnkubasiya” mərkəzi fəaliyyətə başlayıb. Oxu.Az xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov yeni yaradılan mərkəzin əhəmiyyətindən danışıb. Mərkəzin fəaliyyət istiqamətləri, sahibkarlara və startapçılara müasir informasiya texnologiyalarından istifadə etməklə göstərilən xidmətlər barədə məlumat verilib.

“Sahibkarlara Xidmət” mərkəzində müasir informasiya-komunikasiya imkanlarından istifadə etməklə sahibkarların müraciətlərinin operativ şəkildə cavablandırılması üçün qaynar xətt (012 310 23 00) yaradılıb.

“Biznes İnkubasiya” mərkəzi vasitəsilə sahibkarlıq fəaliyyətinə başlamaq istəyən təşəbbüskar, innovativ ideyası olan gənclərə dəstək veriləcək, startapçıların ideyalarının reallaşdırılması üçün lazımi şərait yaradılacaq. Bir sıra yeniliklərlə yanaşı, sahibkarlar sayt vasitəsilə Fonda videomüraciət edə bilərlər. Saytın mobil versiyası da yaradılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
538 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...