Putin və Lavrov Cənubi Osetiyaya dəvət olundular

Putin və Lavrov Cənubi Osetiyaya dəvət olundular

Rusiya prezidenti Vladimir Putin və RF XİN başçısı Sergey Lavrov Gürcüstandan birtərəfli qaydada müstəqilliyini elan etmiş və beynəlxalq miqyasda tanınmayan Cənubi Osetiyaya “müstəqillik günü”nün 10 illiyinə həsr olunmuş tədbirlərə dəvət olunublar.

Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın tanınmayan respublikadakı səfiri Marat Kelaxmetov deyib.

Onun sözlərinə görə, hazırda Moskvada avqustun 26-da keçiriləcək bayram tədbirlərində hansı yüksək rütbəli şəxslərin iştirak etməsi məsələsi həll olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
572 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...