27 nəfəri ilan sancdı - Azərbaycanda

27 nəfəri ilan sancdı -

Yay mövsümü başlayandan indiyədək Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ilan sancması ilə bağlı 27 müraciət daxil olub və bütün xəstələr ilk tibbi yardımdan sonra hospitalizasiya ediliblər. Günvurma hallarının sayı 102, hospitalizasiya 65, suda boğulma ilə bağlı müraciətlərin sayı 59, hospitalizasiya 18 olunub.

Unikal.org-un məlumatına görə, bu statistik göstəricilər Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının açıqladığı məlumatda qeyd olunub.

Məlumatda qeyd olunur ki, son bir həftə ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 13763 ümumi müraciət daxil olub. Onlardan 1337 nəfəri xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 1704, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 225 olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
633 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...