5 ayda Ermənistan əhalisinin sayı xeyli azalıb

5 ayda Ermənistan əhalisinin sayı xeyli azalıb

Ermənistanın daimi əhalisinin sayı bu ilin 5 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə daha 10 min 100 nəfər azalıb. AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Milli Statistika Xidmətinin hesabatında bildirilib.

Hesabata əsasən, Ermənistanın daimi əhalisinin 2018-ci ilin 1 iyul tarixinə olan rəsmi sayı 2 milyon 969 min 800 nəfər təşkil edir. 2017-ci ilin analoji tarixində isə bu say 2 milyon 979 min 900 nəfər olub.

Rəsmi statistikaya görə, respublika üzrə şəhər əhalisinin sayı 3600 nəfər azalıb. Ermənistanın onsuz da az məskunlaşmış kəndlərində isə vəziyyət daha ciddir – ölkə üzrə kəndlərdə əhalinin daimi sayı daha 6500 nəfər azalıb. Bu azalmaların səbəbi isə əhalinin ölkəni birdəfəflik tərk etməsidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
837 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...